Mövqelərimiz atəşə tutulub

6-08-2021, 12:43

Mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub
Müdafiə Nazirliyindən Ordum.az-a verilən məlumata görə, Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Cavab atəşi ilə qarşı tərəf susdurulub.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.




Facebook'da Paylaş