Xankəndidəki VOMA terror qruplaşmasının mahiyyətinə bir nəzər

2-02-2022, 18:55

 Xankəndidəki  VOMA terror qruplaşmasının mahiyyətinə bir nəzər


Qarabağın Xankəndi şəhərindəki VOMA terror qruplaşmasının mahiyyətinə bir nəzər

“ANAJ” saytı, 02.02.2022 (http://www.anaj.ir/?p=26938)
“ANAJ”-ın eksklüziv açıqlaması: VOMA (Voxj Mnalu Arvest) silahlı qruplaşması Ermənistanda fəaliyyət göstərən terror təşkilatlarından biridir.
Bu terror təşkilatının Dağlıq Qarabağ qolu uzun müddətdir ki, fəaliyyət göstərib və 300-ə yaxın erməni və əcnəbi kürdləri əsasən internet vasitəsilə öz sıralarına cəlb edib, müxtəlif düşərgələrdə təlim keçdikdən sonra Azərbaycan Respublikasına qarşı müharibədə istifadə edib.
Bu günlərdə erməni terror təşkilatı VOMA-nın Xankəndidə nümayəndəliyi açılıb.
Livan, Suriya, Kanada, Fransa və bir çox digər Avropa ölkələrindən olan erməni muzdlularının VOMA-ya üzv olduqları və Azərbaycan Respublikasına qarşı döyüşdükləri artıq təsdiqlənib.
Təşkilat həm İrəvandan, həm də dünyanın müxtəlif ölkələrindəki erməni diaspor təşkilatlarından külli miqdarda maliyyə yardımı alır.
“Asala” kimi erməni terror qruplaşmaları və kürd PKK ilə sıx əlaqələri olan VOMA son iki ildə Azərbaycan Respublikasına qarşı davamlı olaraq terrorçular hazırlamışdır.
Beynəlxalq konvensiyalar Ermənistanı VOMA bazasında terrorçu muzdluların hazırlanmasını və maliyyələşdirilməsini dayandırmağa çağırıb. VOMA özünün rəsmi saytında Ermənistan hökumətindən heç bir yardım almadığını iddia etsə də, bu, tamamilə həqiqətə uyğun deyil və Ermənistan hökumətindən ciddi yardım alır.
Hazırda təşkilata uzun müddət Ermənistanın xüsusi xidmət orqanlarında xidmət etmiş və son Qarabağ müharibəsində iştirak etmiş Vova Vartanov adlı terrorçu rəhbərlik edir.
Özünü Qaregin Njdenin varisi kimi görən Vova Vartanov erməni diasporunun imkanlarından istifadə edərək yeni üzvlər cəlb edir.
VOMA kimi erməni terror qruplarının Dağlıq Qarabağdakı fəaliyyəti dayandırılmasa, heç kim təminat verə bilməz ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ cəbhəsində xidmət edən əsgər və hərbçilərinə qarşı təxribat törədilməyəcək.




Facebook'da Paylaş