Ordum.az xəbər verir ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı xüsusi internat məktəbinin müəlimi Könül Quliyeva, həmin məktəbin məzun və şagirdləri, gənclər özündə "Qanlı Yanvar" hadisəsini əks etdirən video-çarx hazırlayıb. Onların çarxı çəkməkdə məqsədi, 20 yanvar hadisələrinin eşitmə və danışma məhdudiyyətli uşaqlarda hansı hisslər oyatdığını və onların bu məhdudiyyətinə baxmayaraq Vətənin müdafiəsi uğrunda mübarizəyə hər zaman hazır olduqlarını nümayiş etdirməkdir.
Bu uşaqlara vətənpərvərlik ruhunu aşılamaqda müəllim kollektivinin əməyi çox böyükdür.
Həqiqətən əngəlli olmaq heç nəyə əngəl deyil.
Həmin video-çarxa bu linkə daxil olub baxa bilərsiniz: https://www.youtube.com/watch?v=fWoFWrkcgbA
Video-çarxda əməyi keçən insanlar:
Arzu Babayeva - surdotərcüməçi, təlimçi;
Şamil Sabirzadə - surdotərcüməçi, təlimçi;
Aynur Zamanova;
Jalə Məmmədova;
Aygül Hüseynova;
Turan Məmmədli;
Lalə Həmidova;
Arina Qəribova
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı xüsusi internat məktəbinin məzun və şagirdləri:
Nuray Cəfərzadə;
Elvin Kərimli;
Fərid Ağaverdiyev;
Maqomed Adamov;
Günel Qasımova;
Aytən Qədimova;
Günel Eminova;
Elşən Musayev;
Qasım Məmmədov
Təşəkkürlər:
Akademik Zərifə Əliyeva adına milli Oftalmologiya Mərkəzi Kəmalə xanım İsmayılovaya və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı xüsusi internat məktəbinin direktoru Umnisə xanım Nəcəfbəyovaya.
Rejissor / Videographer / Editor
Əli XilƏli