MN: Yolu azaraq Ermənistana keçən iki hərbçimiz geri qaytarılıb

20-12-2021, 22:32

MN: Yolu azaraq Ermənistana keçən iki hərbçimiz geri qaytarılıb

Dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Bu barədə Ordum.az-a Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunmuşdur




Facebook'da Paylaş