Yevlax rayonunda tələbə qız oğurlanıb

13-11-2021, 15:23

Yevlax rayonunda tələbə qız oğurlanıb

Yevlax rayonunun Ərəş kəndində məskunlaşmış, Kəlbəcər rayonundan məcburi köçkün, Bakı Dövlət Universitetinin Şəki filialının I kurs tələbəsi yetkinlik yaşına çatmamış Təhməzli Rəvanə Məmməd qızı 12 noyabr 2021-ci il tarixində Allahverdiyev Elgiz Təbriz oğlu və dostları tərəfindən oğurlanıb. Valideynlərinin verdiyi məlumata görə onlar qızı Oğuz rayonunun Söyüdlü kəndinə aparıblar.
Bir sutkaya yaxındır ki, qızın yaxınları Yevlax rayon Polis İdarəsinin qarşısında naçar durumda qalıblar. Onlar Yevlax polisinin hadisəyə çox biganə yanaşdığını, hətta onlara polis tərəfindən təzyiqlər olduğunu bildiriblər. Arada valideynlərinə söz veriblər ki, tezliklə qızı tapacaqlar. Ancaq sonradan qızın yaxınları anlayıblar ki, polis onları “yola verir”. Arada qız anası ilə telefon əlaqəsi saxlayıb və ağlayaraq onu tezliklə quldurların əlindən qurtarmalarını istəyib, yoxsa özünə qəsd edəcəyini söyləyib. Görəsən elmi-texniki tərəqqinin bu qədər inkişaf etdiyi bir dövrdə Yevlax polisi adam oğrularını niyə “tapa bilmir?” Yaxud onların cinayətkarlara qarşı bu qədər humanist davranmaları nədən qaynaqlanır? Yəqin ki bu sula Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi açıq və aydın cavab verəcək.




Facebook'da Paylaş