Akar şəhidimizlə bağlı xatirəsini danışdı:

9-11-2021, 13:13

Akar şəhidimizlə bağlı xatirəsini danışdı:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında kövrək anlar yaşayıb. Akar Vətən Müharibəsinin şəhidi, baş leytenant Valeh Məmiyevlə arasında keçən söhbəti xatırlayaraq göz yaşlarını tuta bilməyib:
“Təlimlər zamanı onunla söhbət edərkən övladımızın “bu təlimlər, uğurlar vacibdir, amma əsl uğur işğal altındakı torpaqların azad edilməsidir” sözlərini dedikdən sonra müharibədə yaralanması, yaralı ikən xəstəxanada "verdiyim sözü tutdum" deyərək şəhid olması mənalı, vacib və dəyərli xatirədir. Şəhidlərimizin və qazilərimizin ailələrinin heç bir şəkildə incidilməməsi üçün biz Türkiyə olaraq, siz də burada Azərbaycan olaraq hər cür fədakarlığı göstərdik və göstərməyə davam edirik. Onların rahat və dinc olmaları bizim üçün çox önəmlidir. Onlara qarşı hər hansı bir hörmətsizliyi qəbul etməyimiz mümkün deyil. Bunun əksi davranış isə mütləq millətimizin qəlbində mühakimə olunar, qəbul edilməz və lazımi reaksiyanı alar.
Yaşasın Türkiyə, yaşasın Azərbaycan, yaşasın Azərbaycan və Türkiyənin əzəli qardaşlığı!".




Facebook'da Paylaş