Hulusi Akar: "Azərbaycanla qardaşlığımız əbədi davam etdiriləcək"

9-11-2021, 10:53

Hulusi Akar: "Azərbaycanla qardaşlığımız əbədi davam etdiriləcək"

"Hər iki ölkənin ortaq tarixi var və qardaşlığımız əbədi davam etdiriləcək".

Ordum.az xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Heydər Əliyev Mərkəzində keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib.

O, Azərbaycanın istənilən probleminin həll olunması istiqamətində Türkiyənin bütün imkanlarını səfərbər etməyə hər zaman hazır olduğu diqqətə çatdırılıb.

Milli müdafiə naziri ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.




Facebook'da Paylaş