Erməni deputat: “Mənim anam bakılıdır, tətillərimi burada keçirirdim”

22-09-2017, 14:06


“Açıq danışacam. Axırıncı dəfə Bakıda 1988-ci iilin yanvarında olmuşam. O zaman mənim 13 yaşım var idi. Bu, Qarabağ münaqişəsinin başlamasından bir az əvvəl idi. Mənim anam bakılıdır. Şəhəri bir az tanıyıram. Tətillərimi burada keçirirdim”. 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib. O, bildirib ki, Bakıda evi də var idi. 

“Bilirdim ki, hara gəlirəm. Şadam ki, azərbaycanlı həmkarlarım konfransın Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Əgər belə bir məsələ parlament və ya siyasi gündəlikdə yoxdursa, Azərbaycana gəlmək üşün başqa şans tapmaq çox çətindir. Eyni zamanda azərbaycanlılar üçün Ermənistana gəlmək üçün başqa şans tapmaq çətindir”.




Facebook'da Paylaş