Kəlbəcərdə radio və televiziya yayımı təmin olundu

8-10-2021, 19:28

Kəlbəcərdə radio və televiziya yayımı təmin olundu

Kəlbəcərdə radio və televiziya yayımı təmin olundu, Cəbrayılda intensiv işlərə başlanıldı. Bu məlumatı Ordum.az-a Teleradio İB-nin baş metroloqu Bahadur Əliyev verib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanının icrası ilə əlaqədar işğaldan azad olunmuş ərazilərdə infrastrukturun, o cümlədən radio-televiziya yayım stansiyalarının işinin bərpası istiqamətində işlər davam etdirilir.

İşğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayımlarının bərpası ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İB (Teleradio) tərəfindən Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə istismara verilib. Bununla da Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radionun yayımı təmin olunub.




Facebook'da Paylaş