Şah İsmayıl bizə Dərbənddən Orta Asiya, Hindistan sərhəddinədək...
Rusların Pyotru, Fransızların Napoleonu, Yunanların Aleksandrı, Monqolların Çingiz xanı varkən biz Azərbaycanlıların da dünyanın nəhəng sərkərdələri sırasına adını öz biləyinin gücü ilə qurduğu nəhəng imperiyayla birgə yazdırmış ŞAH İSMAYIL SƏFƏVİMİZ VAR..
"Şah İsmayıl Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və hökmdarı olub. Şah İsmayıl bizə Kərkükdən, Mosuldan tutmuş Dərbəndə, Dərbənddən Orta Asiya, Hindistan sərhəddinədək böyük bir dövlət yaradıb. O, bizim qürur yerimizdir və qürur yerimiz olaraq da qalacaq.
Bu gün İran ərazisində yaşayan 35 milyonadək soydaşımız var. Onların istinad yeri məhz Şah İsmayıldır. Onlar deyirlər ki, bugünkü İran məhz Şah ismayılın yaratdığı dövlətin əsasında formalaşıb, sənin dövlətini mənim türküm yaradıb. Bəzən biz tarixi şəxsiyyətlərimizə qarşı çıxmaqla qarşımızda duran böyük hədəflərimizə və məqsədlərimizə ciddi zərbə vururuq.
Xalq bu qəhrəmanları öz idealı kimi görməli və elə yaşayıb fəaliyyət göstəməlidir. Yəni, millətin bir istinad yeri olmalıdır. Millət qəhrəmansız, idealsız yaşaya bilməz. Odur ki, xalq vahid milli ideyaya xidmət edən qəhrənmanlarını uca tutmalı, onlarla fəxr etməlidir. Millət bax belə vahid milli ideya ətrafında birləşməlidir."
Facebook'da Paylaş