Ermənistanda 2 hərbçi həbs edildi

2-10-2021, 19:31

Ermənistanda 2 hərbçi həbs edildi


Ermənistan ordusunun xidməti vəzifələrini yerinə yetirməkdən imtina edən iki hərbi qulluqçusu həbs edilib.
Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, A.O. və V.V. adlandırılan hərbçilər məzuniyyətləri bitməsinə baxmayaraq, xidmət etdikləri hərbi hissələrə qayıtmayıblar və onlar haqqında cinayət işi açılıb.
Məlumatda onların artıq saxlanıldığı qeyd olunur. Faktla bağlı istintaq davam edir.




Facebook'da Paylaş