ABŞ Gürcüstandakı vətəndaşlarını ehtiyatlı olmağa çağırdı

2-10-2021, 08:20

ABŞ Gürcüstandakı vətəndaşlarını ehtiyatlı olmağa çağırdı


ABŞ-ın Gürcüstandakı səfirliyi ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib.
Səfirlik vətəndaşları bu həftəsonu ehtiyatlı olmağa və insanların mümkün kütləvi toplanışlarda və etirazlarda müşahidəçi qismində qalmağa çağırıb.
Məlumatda deyilir ki, Gürcüstanın seçkilərlə bağlı zorakılığın yol verilə biləcəyi planlaşdırılmamış və spontan etirazlar tarixi var.
“Tbilisidə Rustaveli prospekti, parlament və digər dövlət binalarına yaxın məkanlar bu hadisələrin mərkəzi olub”, - deyə səfirlik bildirib.




Facebook'da Paylaş