Erməni generallar hədəfdə: Tonoyan saxlanıldı

29-09-2021, 21:00

Erməni generallar hədəfdə: Tonoyan saxlanıldı

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın evində axtarış aparılır.
Bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, axtarışdan sonra nazirin saxlanılması nəzərdə tutulur.Tonoyanla bərabər keçmiş aviasiya rəisi Avetik Muradyan, Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyanın evində də axtarışlara start verilib. Qəzet bu şəxslərdən sonra keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturova da növbənin çatacağını yazıb.
Ümumilikdə axtarışların yararsız aviasiya silahı almaq haqqında cinayət işi ilə bağlı olduğu bildirilib.




Facebook'da Paylaş