Vulkan 400 evi külə döndərdi

23-09-2021, 22:31

Vulkan 400 evi külə döndərdi


Vulkan 400 evi külə döndərdi: əhali çıxılmaz durumda...
İspaniyanın Kanar adaları qrupunda yer alan Palma adasında vulkan püskürməsi nəticəsində 400-ə yaxın ev külə dönüb.
Axar.az xəbər verir ki, bu barədə Kanar adaları muxtar icması məlumat yayıb.
Bildirilib ki, 5 min 700-dən çox insan sığınacaq problemi ilə üzləşib:
“İdman zalları, otel, avtomobildə, qohumlarının evində qalan şəxslər üçün 280 ev satın alınacaq. Təhlükəsizlik tədbirləri ilə bağlı xalqa müraciət edilib”.




Facebook'da Paylaş