Bənzər yazılar
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Xəqani Abdullayevin vəzifəsindən azad olunması məsələsinə baxılıb.
Ordum.az xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə Xəqani Abdullayevin xaricə getdiyini deyib:
“Xəqani Abdullayev çox savadlı iqtisadçı alimdir. Rəyimiz var ki, artıq işdən azad olunsun"
Qeyd edək ki, prezident İlham Əliyev Xəqani Abdullayevin AMB sədrinin müavini vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.
Xatırladaq ki, X.Abdullayev 2010-cu ilin aprel ayında sədr müavini təyin edilib, 2015-ci ilin aprelində isə İdarə Heyətinin üzvü seçilib.