Ermənistan ordusunda təlim səfərbərliyinə başlanıldı

12-09-2021, 22:59

Ermənistan ordusunda təlim səfərbərliyinə başlanıldı


Ermənistan ordusunda genişmiqyaslı təlim-məşq toplanışların keçirilməsi davam edir.
Birinci mərhələ 25 avqustda başlayıb və üç ay ərzində davam edəcək, ikinci mərhələ isə 15 sentyabrda başlayır.
Ermənistan mediası xəbər verir ki, hərbi müşahidəçi Narek Nersisyanın sözlərinə görə, 15 il ərzində Ermənistanda bu miqyasda təlim-məşq toplanışları keçirilməyib, baxmayaraq ki, müdafiə haqqında qanuna əsasən, onların keçirilməsi şərtidir. Lakin müdafiə büdcəsində təlim-məşq toplanışları ilə bağlı ayrıca bir maddə yoxdur.
Erməni hərbçiləri deyirlər ki, bir çoxları üçün hazırkı təlim düşərgəsinin miqyası təəccüblüdür.
"Ancaq deməliyəm ki, fövqəladə bir şey baş vermir, Ermənistan hələ də müharibə vəziyyətindədir. Hərbi-siyasi və hətta elmi baxımdan müharibə yalnız tərəflərdən biri qalib gəldikdə bitir. Təbii ki, insan və ərazi itkilər vermişik, amma müharibə bitməyib. Bu baxımdan, bu cür addımlar heç kəsi qorxutmamalı və təəccübləndirməməlidir ”, - Nersisyan "Sputnik Ermənistan"-a bildirib.




Facebook'da Paylaş