ABŞ “Taliban”ı tanımaq üçün şərtini açıqladı

7-09-2021, 22:16

ABŞ “Taliban”ı tanımaq üçün şərtini açıqladı

“ABŞ “Taliban” radikal hərəkatını Əfqanıstan hökuməti kimi tanımağa tələsmir”.
Bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib. O bildirib ki, Vaşinqtonun qərarı taliblərin gələcək addımlarından asılı olacaq:
“Dövlət başçımızın dünən dediyi kimi, tanımağa tələsmirik. Bu, “Taliban”ın gələcəkdə hansı addımlar atacağından asılı olacaq. Dünya, o cümlədən ABŞ bu addımları izləyəcək”.
Psaki əlavə edib ki, Vaşinqton taliblərin Əfqanıstanda tanınması üçün vaxt cədvəli təyin etməyib.Qafqazinfo




Facebook'da Paylaş