Talibana qarşı savaş başlayır

20-08-2021, 08:08

 Talibana qarşı savaş başlayır

Əfqanıstanın Talibanın nəzarətində olmayan yeganə əyaləti Pəncşirdə bir neçə min əfqan ordusu toplanıb.
Pəncşirdəki əsgərlər Talibanla son damla qanlarına qədər döyüşməyə hazır olduqlarını bildiriblər.
“San” nəşri bu hərbçilərin Britaniyanın elit Xüsusi Aviadesant Xidmətinin peşəkarları tərəfindən hazırlanmış qüvvələr olduğunu yazıb.
Talibana qarşı savaşmağa hazır olanlar Pəncşirə dəvət edilib. Pəncşirdə hazırda vitse-prezident Əmrulla Saleh məskunlaşıb və özünü ölkənin qanuni lideri elan edib.
“Müqavimətə qoşulun. Mən heç vaxt, heç vaxt və heç bir şəraitdə terrorçu taliblərin qarşısında əyilməyəcəm”, - Saleh Tvitter səhifəsində yazıb.
Qeyd edək ki, 15 avqustda Taliban Kabulu ələ keçirib və prezident Əşrəf Qəni ölkədən qaçaraq, BƏƏ-yə sığınıb.




Facebook'da Paylaş