Müzakirə niyə uzanır?
Rəsmi Bakı Qarabağda Rusiya sülhməramlılarının mandatının müəyyənləşməsi ilə bağlı müzakirələrin hələ də davam etdiyini açıqladı.
Mandatın təsdiqlənməsi niyə lazımdır?
Rus sülhməramlıları 10 noyabr razılaşması ilə Qarabağa gəldikdən sonra daha çox funksiyasından kənar fəaliyyət göstərir. Azərbaycan ən yüksək səviyyədə bu məsələyə reaksiya verib. Mandatın təsdiq edilməsi sülhməramlıların səlahiyyət çərçivəsini də müəyyənləşdirəcək:
- Qarabağda separatçı-terrorçu rejimə dəstək verilməmilidir;
- Bütün məsələlərdə bir tərəflə – Azərbaycanla hesablaşmalıdır;
- Laçın dəhlizindən qeyri-humanitar yüklərin keçidinə icazə verilməməlidir;
- Əsas işi birgəyaşayışı təmin etmək olmalıdır.Rusiya sülhməramlıları isə faktiki bütün bunların heç birinə əməl etmir. Mandatın müəyyənləşməsi bu məsələlərə konkret aydınlıq gətirəcək, həm də Bakının tələblərini gücləndirəcək.
Əslində Bakı və Moskva arasında mandatla bağlı müzakirələrin uzanmasının səbəbləri də güman ki, bunlardır: ruslar daha çox səlahiyyət istəyir.
Digər məqam Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı ola bilər:
- İstisna deyil ki, Bakı Mərkəzin, yəni Türkiyənin də sülhməramlı mandatına daxil edilməsini istəyir;
- 10 noyabr üçtərəfli razılaşmasının 5-ci bəndində qeyd olunur ki, “münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”: bu, Bakıya sülhməramlı mandatının Mərkəzi də (Türkiyəni) əhatə etməsini irəli sürmək imkanı verir;
- rusların qəbul etmək istəmədiyi əsas məsələlərdən biri məhz bu ola bilər: Qarabağda açılan atəşlərlə bağlı Bakının Monitorinq Mərkəzini məlumatlandırması, Rusiya MN-nin açıqlamalarında isə mərkəzi “yox sayması” da bundan qaynaqlanır.
Facebook'da Paylaş