İran-Azərbaycan hərbi əlaqələri müzakirə olundu

24-08-2021, 13:58

İran-Azərbaycan hərbi əlaqələri müzakirə olundu


İranın Azərbaycandakı hərbi attaşesi Cavad Forutəni Naxçıvana səfəri çərçivəsində müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevlə görüşüb. Ggörüşdə qarşılıqlı əlaqələrin inkişafı perspektivləri və regiondakı mövcud vəziyyət müzakirə edilib. Qeyd olunub ki, hər iki dövlət əlaqələri daha da genişləndirmək üçün böyük potensiala malikdir.
İranın Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Əhməd Hüseyninin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.




Facebook'da Paylaş