"Dəniz kuboku" müsabiqəsinin püşkatma mərasimi keçirilib

22-08-2021, 14:01

"Dəniz kuboku" müsabiqəsinin püşkatma mərasimi keçirilib

Müdafiə Nazirliyindən Ordum.az-a verilən məlumata görə,"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsinin püşkatma mərasimi keçirilib.
Püşkatmann nəticəsinə əsasən yarışacaq komandaların müsabiqənin mərhələ və epizodlarının icrası üzrə sıralanması müəyyənləşdirilib.
Avqustun 25-dən başlayacaq müsabiqədə hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayacaq.
Qeyd edək ki, Azərbaycan müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri ilə təmsil olunur.




Facebook'da Paylaş