Tariyel Azərtürk yazır

18-08-2021, 13:16

Tariyel Azərtürk yazır

Ətrafı oxuyursan, Youtuba qoyulan videolara baxırsan, adamı xof basır. Xofçu jurnalistlər xalqın içinə sanki qəsdən xof qovur, təlaş, həyəcan kürəkləyirlər. Qurub, yaradan, sanki inşa etmək üçün dünyaya gəlmiş, özü də sürətlə, Müzəffər Prezidenti dinləyəndə, Kəlbəcərdən əsən sərin meh nəinki Bakı bürküsündə, hətta bu yayı isti keçən Sietldə belə adamın ürəyinə sərin və çiçəklənəcək ümid səpir. Bax bu cür səbri və polad iradəsi ilə şair Səməroğlunun dediyi
Düşməni lərzəyə saldın,
Qırx dörd gündə qalib oldun,
Zəfər ordusudur ordun,
İlhamla irəli, Vətən!
İnamla irəli, Vətən!

sətirləri yaradır. Bunu Şair tərif xətrinə demir, bütün deyilən sətirləri dedizdirən rəhbərin özüdür. Vallahi, Vətən müharibəsi öz yerində, amma sonrakı 8 ay ərzində Azərbaycanın Qarabağ, Şərqi Zəngəzur və Şərqi Göyçə mahallarında görülmüş, görülən və görüləcək işlərin nəhəngliyi də düşmənlərimizə və onların evyıxan tərəfdarlarına içlərindən od vurur.
Nə vaxt gömüşdük ki, Azərbaycanın keçilməz dağlarının altından tunnelər üstə kilometrlərlə tac yollar uzansın? Niyə bəziləri bu cür cahanşümul, xarüqüladə inşaatları, xalqın gələcək bəxtəvərliyini görmək istəmir? Sən Toğanaydan 11.5 km uzunluğunda olacaq işıqlı, asfaltlı lağımla keçib qışın 3300 metrliyindəkı boranına düşmədən, "Ərzrumun gədiyində qara düşmüş Kərəm kimi büzüşüb buzlamadan, alışıb yanmadan" Kəlbəcərə gedəcəksən və dünən səni qara-çovğuna basan dağlar, sazaqlı aşırımlar bu gün səni özləri öz kürklərinə bürüyüb də Kəlbəcərə, Göyçənin şərq hüdudlarına çatdıracaq?
Nə vaxt görmüşdük ki, Azərbaycanın xasiyyətcə dəli, dolu, havalı, qayalı dağlarına, uçurum dərələrinə dünyanın bütün hüdudlarından uçan beynəlxalq səviyyəli uçaqlar qonacaq və sən üç istiqamətə - Laçın, Şuşa, Kəlbəcər səmtinə yol götürüb, səni komfort AEROPORTDA gözləyən rahat avtobus və ya orada park eləyib getdiyin öz avtomobilində 2 saata çatacaqsan?
PREZİDENT İLHAM ƏLİYEVİN QURUCULUQ PLANLARI BAŞDAN-AYAĞA MÖCÜZƏLƏRDƏN İBARƏTDİR. Sovet Respublikası kimi ögey baxıldığından ətaləti ilə tanınan dünənki, bu günkü AZƏRBAYCANDA. Özü də indiyə qədər gördüklərimiz real faktlar, obyektlər olmasaydı, deyərdin ki, dövlət başçısı kimi deyir və deməlidir də.
Vaxtilə Heydər Əliyev Mərkəzinin projesi mətbuatda dərc olunanda heç kəs inana bilməzdi ki, belə bir möcüzə tikilib başa gətirilə bilər. Yaxud, Bakının, Azərbaycanın, Odlar Yurdunun rəmzi sayılan ÜÇ ALOV QÜLLƏSİni əfsanə sayanlar da çox idi...
AĞ ŞƏHƏRİMİ deyim, 30 illik düşmən tapdağından 44 günə azad edilmiş on min kvadrat kilometrlərlə qüdsal ərazimizimi deyim?
Nəyi deyim, necə deyim, nətər deyim ki, hamı anlasın ki,

nə Səməroğlu, nə Azərtürk preizdentdən heç bir ad, heç bir mükafat, heç nə gözləmir.
Sadəcə VƏTƏNƏ bəslənilən Prezident qayğısıdır bizim istedadımzı dilləndirən karın adı.
AXI BİZİM 35 MİLYONLUQ QARDAŞ YAŞAYAN BÖYÜK BİR ƏRAZİMİZ DƏ VAR. ZƏNGƏZURU, GÖYÇƏNİ ORDAN QOVULMUŞLARA VƏD EDƏN QALİB BİR SƏRKƏRDƏDƏN TƏBRİZ-HƏMƏDAN HƏSRƏTİNƏ DƏ SON QAOYACAĞI ÜMİDİNİ NİYƏ GÖZLƏMƏYƏSƏN Kİ?
"Yarın burda, yarın orda,
Ayrılıq düşməndir yurda,
Qardaşını qoyma darda,
İLHAMLA irəli, Vətən!
İnamla irəli, Vətən"!

QALİB PREZİDENTİN fəaliyyətini gözü görtürməyənləri, AZAD olunmuş VƏTƏNƏ xəyanət edənlərin işli (içli), dışlı hamısını şil elə, küt elə, RƏBBİM, SƏN EY ƏDALƏT İLAHİM!




Facebook'da Paylaş