Dekabrın 4-də Sabah Vətən müharibəsi şəhidlərinin xatirəsi yad ediləcək

3-12-2020, 15:17

Dekabrın 4-də Sabah Vətən müharibəsi şəhidlərinin xatirəsi yad ediləcək
Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətnini təqdim edirik:
1. Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.




Facebook'da Paylaş