Aslan İsmayılov: "Rafael! Karatenin brilliantısan!"

7-08-2021, 17:26

Aslan İsmayılov: "Rafael! Karatenin brilliantısan!"
Əfsanəvi karateçimiz Rafael Ağayevin finalda uduzmasına nə qədər üzüldümsə, bir o qədər də ona olan hörmətim artdı. Rafael çox nadir idmançılarımızdandır ki, uğur, şan-şöhrət qazandıqca daim öz hazırlıq formasını saxladı. Daim dünya karatesinin ön simalarından oldu. 5 Dünya, 11 Avropa çempionluğundan sonra 36 yaşında karatenin vətəni Yaponiyada, yəqin ki, ilk və son dəfə karate üzrə keçirilən olimpiya yarışlarında gümüş medal qazanmaq özü bir tarixdir! Çox istərdim ki, gənc idmançılarımız Rafaeli özlərinə örnək görsünlər.
Azərbaycan xalqına yaşatdığın bu hisslər üçün təşəkkürlər, Rafael!
Sən bizim üçün əbədi Çempion, Karatenin brilliantısan!




Facebook'da Paylaş