Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdiriləcək

7-08-2021, 15:33

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdiriləcək

Türk Akademiyasının prezidenti Darxan Kıdırəlinin moderatorluğu ilə keçirilən iclasda 2019-cu ildə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə toplantısında bəyan edilmiş, dövlət başçılarının təlimatlarına uyğun olaraq təşkilatın adının dəyişdirilməsi təklifi müzakirə edilib.
Ordum.az Turkustan.az -a istinadla xəbər verir ki, Türk Şurası Budapeşt Ofisinin İcraçı Direktoru Janos Hovari, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Qazaxıstanın tanınmış alimi və dövlət xadimi Mırzatay Joldasbekov, Türk Dili Qurumunun başqanı Gürer Gülsevin, TÜRKSOY Baş Katibinin müavini Bilal Çakıcı, tanınmış türkoloq Osman Fikri Sertkaya, ABŞ-ın Miçiqan Universitetinin professoru Timur Kocaoğlu, Özbəkistan Elmlər Akademiyası Arxeologiya İnstitutunun direktoru Fərhad Maksutov, Qazaxıstan Dilçilik İnstitutunun direktoru Anar Fazılcanova, Qırğız-Türk Manas Universitetinin professoru Kadirali Konkobayev, Özbəkistan EA Arxeologiya İnstitutunun direktor müavini Gaybullah Babayarov, AMEA Dilçilik İnstitutu Türk Dilləri şöbəsinin müdiri, "Türkologiya" jurnalının məsul katibi Elçin İbrahimov və digər mütəxəssilər təkliflə bağlı fikirlərini və ekspert rəylərini bölüşüblər.
Tədbirin sonunda mütəxəssislərin fikirləri təhlil edilərək müvafiq təkliflər hazırlanıb.




Facebook'da Paylaş