Karateçimiz ikinci qələbəsini qazandı

7-08-2021, 11:12

Karateçimiz ikinci qələbəsini qazandı

Azərbaycan karateçisi İrina Zaretska Tokio Olimpiadasına qələbə ilə başlayıb.
61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı A qrupunda ilk döyüşünü Yaponiya idmançısı Ayumi Uekusaya qarşı keçirib. Görüşdə təmsilçimiz 4:1 hesablı qələbə qazanıb.
Karateçimiz qrup görüşləri çərçivəsində Məltəm Hocaoğlu (Türkiyə), Sofiya Berultseva (Qazaxıstan) və Silvia Semeraro (İtaliya) ilə qarşılaşacaq.
Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.




Facebook'da Paylaş