Kəlbəcərdə vəziyyətləbağlı Rəsmi AÇIQLAMA

24-07-2021, 11:38

Kəlbəcərdə vəziyyətləbağlı Rəsmi AÇIQLAMA


Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Ordum.az-a verilən məlumata görə, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.
Xatırladaq ki, ötən gün Ermənistan Silahlı Qüvvələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə sakini, 1993-cü il təvəllüdlü gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.




Facebook'da Paylaş