"TAMKAR"IN UNİKAL ÜSTÜNLÜYü

19-07-2021, 17:30

"TAMKAR"IN UNİKAL ÜSTÜNLÜYü


MİNATƏMİZLƏYƏN TAMKAR" UNİKAL ÜSTÜNLÜYƏ MALİKDİR.
Ərazinin minalardan tam təmizlənməsi ehtimalı 99 faizdir.
Texniki xüsusiyyətləri
Ümumi kütləsi: 2800 kq (Qoşqu, atıcı qurğu, partlayıcı fitil, raketi daxil olmaqla);
Raketin istismar və saxlama temperaturu: -40 ilə +50 dərəcə arasında;
Raketin anbarda saxlama müddəti: 10 il;
Təmizlənən mina növləri: TM45, TM57, TMKR-2, MK-56 və bunların analoqları;
Daşınması: Qoşquda;
Raket növü: 2.75 ”G1;
Raket sayı: 8 ədəd;
Uçuş məsafəsi: 200 m;
Təmizləmə sahəsi: 100 m x 10 m;
Təmizləmə dərinliyi: 1 metr;
Partlayıcı tip: C-4;
Partlayıcı kütləsi: 400 kq;
Təmizləmə əmsalı: 99%;
Effektiv təmizlənən mina növü: təzyiq tipli;
Atəş metodu: xüsusi detonator;
Qurğu tipi: Aktiv atıcı.
Nəticə
MKEK şirkəti TAMKAR-dan başqa TAMGEC adlı sistemin də istehsalçısıdır. Hər ikisi əvvəl qeyd edildiyi kimi, raketin arxasına bağlanan zəncirvari partlayıcılarla minaları məhv etməklə funksiyalarını yerinə yetirir. Bölmələrin minalı ərazilərdən keçməsi üçün ideal sistemdir.
Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində əks hücum əməliyyatlarının mühəndis təminatında Türkiyədən əldə edilən TAMKAR mexaniki vasitələrdən geniş istifadə edib.
Ötərxan Eltac




Facebook'da Paylaş