"Medal etirazı"na nazirlikdən cavab

29-06-2021, 18:20

  "Medal etirazı"na nazirlikdən cavab

Müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaş tərəfimizdən qəbul edilib.
Bu barədə Ordum.az-a Müdafiə Nazirliyindən bildirilib.
Görüş zamanı bildirilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib.
Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.




Facebook'da Paylaş