Naxçıvanda hərbi qulluqçular təltif edilib

26-06-2021, 20:58

Naxçıvanda hərbi qulluqçular təltif edilib


26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib, hərbi qulluqçular təltif edilib
.

Müdafiə Nazirliyindən Mətbuat xidmətindən Ordum.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbrikləri şəxsi heyətə çatdırılıb. Çıxışlar zamanı Azərbaycan Ordusunun qüdrətindən və Vətən müharibəsində qazanılan qələbədən danışılıb.
Təbriklər oxunduqdan sonra hərbi qulluqçulara medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Tədbirlərin sonunda hərbi qulluqçular üçün bayram süfrələri təşkil olunub.




Facebook'da Paylaş