Atakule al bayrağa "büründü"

28-05-2021, 22:57

Atakule al bayrağa "büründü"


Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.
Atakule üstündəki işıq-şou 28 may – Respublika Günü münasibətilə təşkil olunub. Rəngli tabloda yazılan “Azərbaycanın milli günü mübarək olsun!” ifadəsi qüllədə davamlı olaraq “hərəkət edir”.
Qürurvericidir ki, milli təqvimimizə aid mühüm günlərdə Atakulenin Azərbaycana dəstək və həmrəylik nümayişi məqsədilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılması ənənə halını alıb.
İşıq-şou yerli kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.




Facebook'da Paylaş