Baş naziri azərbaycandilli qəzeti təbrik etdi

23-05-2021, 11:10

Baş naziri azərbaycandilli qəzeti təbrik etdi


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkədə dərc olunan azərbaycandilli “Gürcüstan” qəzetini 100 illiyi münasibətilə təbrik edib.
Qaribaşvilirin təbrik məktubu “Gürcüstan” qəzetində dərc olunub.
Nəşrin kollektivini təbrik edən hökumət başçısı qeyd edib ki, qəzet bir əsrdir ənənəsinə sadiq qalaraq azərbaycandilli əhaliyə layiqincə xidmət edir.
Baş nazirin təbrik məktubunda deyilir: “Gürcüstan” qəzeti ölkənin çoxmədəniyyətli cəmiyyətinə, qardaşlıq və qarşılıqlı hörmətə böyük töhfə verir. Əminəm ki, nəşr bundan sonra da işini şərəflə davam etdirəcək və biz birgə səylərlə güclü, demokratik və vahid Gürcüstan qura biləcəyik”.
Qeyd edək ki, nəşrin sələfi -“Kommunist” qəzetinin ilk sayı 1921-ci ilin martında işıq üzü görüb. Qəzet daha sonra “Yeni fikir”, “Yeni kənd” və “Sovet Gürcüstanı” adlandırılıb, 1990-cı il noyabrın 15-dən isə “Gürcüstan” adlanıb.




Facebook'da Paylaş