Fırtına Ermənistanı cənginə aldı

23-05-2021, 11:01

Fırtına Ermənistanı cənginə aldı


Ermənistanın Ararat bölgəsində fırtına həyatı iflic vəziyyətinə salıb.
Ermənistan KİV xəbər verir ki, ötən gün günortadan başlayan güclü külək bu gecə fırtınaya çevrilib. Güclü külək evlərin dam örtüyünü uçurub. İşıq dirəklərini yıxıb. Bir sıra müvəqqəti keçidləri aşırıb.
Nəticədə Ararat bölgəsinin bir sıra kəndlərinə elektrik enerjisinin verilişi dayandırılıb. Fırtınadan ən çox Xaçpar kəndinin ziyan gördüyü bildirilir. Burada kəndlilərin şəxsi təsərrüfatlarına da ciddi ziyanın dəydiyi vurğulanır.




Facebook'da Paylaş