"Qırmızı kitab"a düşənlərə dəymiş ziyan müəyyənləşdirilir

22-05-2021, 13:33

"Qırmızı kitab"a düşənlərə dəymiş ziyan müəyyənləşdirilir


Qarabağda "Qırmızı kitab"a düşən növlərə dəymiş ziyan müəyyənləşdirilir

İşğaldan azad edilmiş ərazilərdə fauna və floraya dəymiş ziyanın müəyyənləşdirilməsinə başlanılıb.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.
Onun sözlərinə görə, Azərbaycan torpaqları 30 il işğalda olduğu müddətdə fauna və floraya ciddi ziyan dəyib: "Hətta işğal dövründə "Qırmızı kitab"a düşmüş növlərə də ciddi ziyan dəyib. Çoxillik ağaclar yandırılıb, kökləri məhv edilib, heyvanların yaşayış yeri olan meşələrə qarşı ekoloji terror törədilib. Hazırda bu məsələlər araşdırılır".




Facebook'da Paylaş