Medianın İnkişafı Agentliyinə mətbuat katibi təyin olunub

16-04-2021, 14:43

Medianın İnkişafı Agentliyinə mətbuat katibi təyin olunub

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) yeni təyinat olub.
Əldə etdiyimiz məlumata görə, Səidə Şəfiyeva Medianın İnkişafı Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri (mətbuat katibi) təyin olunub.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin məzunu olan Səidə Şəfiyeva daha əvvəl “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İnformasiya proqramları studiyasında müxbir, aparıcı və baş redaktor vəzifələrində çalışıb.




Facebook'da Paylaş