Gürcüstanda banka silahlı basqın

16-04-2021, 14:12

Gürcüstanda banka silahlı basqın

Aprelin 16-da günorta saatlarında Tbilisidə “Bank of Georgia”nın Avlabari metro stansiyasının şöbəsinə silahlı basqın olub.
AZƏRTAC xəbər verir ki, silahlı şəxs banka daxil olaraq içəridəki müştəriləri və bank işçilərini girov götürüb.
Hazırda Gürcüstan Daxili İşlər Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə səfərbər olunub, bank mühasirəyə alınıb.
Silahlı şəxs hələlik heç bir tələb irəli sürməyib.




Facebook'da Paylaş