Suriyada qaçqın düşərgəsi yanıb

28-02-2021, 09:19

Suriyada qaçqın düşərgəsi yanıb


Suriyanın Al-Hol qaçqın düşərgəsində yanğın nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb, 18 nəfər yaralanıb.
SANA agentliyi xəbər verir ki, yanğın qaz sobasının partlaması nəticəsində baş verib.
Alov qaçqın düşərgəsindəki bir neçə çadırı bürüyüb. Orta və ağır dərəcəli yanıq xəsarətləri alan düşərgə sakinləri Əl-Həsəkə vilayətindəki xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, Al-Hol və Roq düşərgələrində 64 mindən çox insan məskunlaşıb.




Facebook'da Paylaş