2020-ci ildə hərbçilərimizə 485 mənzil verilib

11-02-2021, 05:48

2020-ci ildə  hərbçilərimizə 485 mənzil verilib


Keçən il dövlət büdcəsindən hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 milyon manat vəsait ayrılıb.


Ordum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda bildirilib.
Qeyd edilib ki, həmin vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı və Naxçıvan şəhərlərində 485 ədəd tam təmirli mənzil alınıb və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.




Facebook'da Paylaş