Reza Deqati: “Cəbrayıldakı dəhşətli mənzərəni heç yerdə görməmişəm”

6-02-2021, 15:14

 Reza Deqati:   “Cəbrayıldakı dəhşətli mənzərəni heç yerdə görməmişəm”


Reza Deqati: “Cəbrayıl şəhərində bir dənə də olsun salamat ev qalmayıb. Bu, bir dəhşətdir”.
Bunu dünya şöhrətli fotoqraf Reza Deqati xarici diplomatlar və hərbi attaşeləri Cəbrayıl şəhərindəki qəbiristanlıqdakı vəziyyətlə bağlı məlumatlandırarkən deyib. O, vurğulayıb ki, ermənilər bütün qəbirləri dağıdıblar:
“Ermənilər qəbiristanlıqdakı bütün qəbirləri ekskavatorla qazaraq qızıl axtarıblar. Hesab edirəm ki, bu insanlığa və bəşəriyyətə qarşı bir cinayətdir. Mən Birinci Qarabağ müharibəsi zamanında da burada olmuşam. Ancaq indi gördüyüm hər şey məni dəhşətə gətirir. Çünki mən nə qədər hərbi münaqişə zonalarında olmuşam və heç yerdə belə dəhşətli mənzərə görməmişəm”.




Facebook'da Paylaş