ABŞ-da 11 hərbçi zəhərlənib

31-01-2021, 07:29

ABŞ-da 11 hərbçi zəhərlənib


ABŞ-ın Texas ştatının Fort Bliss şəhərində 11-ci Hava Müdafiə Topçu Briqadasının 11 hərbçisi antifrizdən zəhərlənib.
“Sputnik” xəbər verir ki, hərbçilər sözügedən maddəni alkoqolla səhv salıblar.
Hadisə yanvarın 28-də 10 günlük səhra təlimi başa çatdıqdan sonra baş verib.
Polkovnik-leytenant Allie Paynenin sözlərinə görə, hərbçilərin hamısı “William Beaumont” Ordu Tibb Mərkəzinə yerləşdirilib. Onlardan 2-nin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə köçürülüb.
ABŞ Silahlı Qüvvələrində səhra təlimləri zamanı spirtli içki qəbul etmək qadağanolduğu üçün Ordu Komandanlığı hadisənin araşdırılması ilə bağlı göstəriş verib.




Facebook'da Paylaş