Hüquqşünas Səməd Vəkilovun yeni kitabı

12-01-2021, 20:14

Hüquqşünas Səməd Vəkilovun yeni kitabı
Hüquqşünas Səməd Vəkilovun Azərbaycan Folkloru nümunələrinin hüquqi qorunması (milli və beynəlxalq qanunvericilik sistemində) kitabı çapdan çıxıb.
Kitab Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan xalqının qeyri-maddi mədəni irsinə yönəlik təhdidlərin aradan qaldırlması” layihəsi çərçivəsində AMEA-nın Folklor İnstitunun 07.02.2020-ci il tarixli Elmi Şurasının Qərarı ilə (Prtokol №1) cap olunub.

Kitab Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edən folklorunun (qeyri-maddi mədəni irsin) hüquqi qorunmasından bəhs edir. Kitabda folklor nümunələrinin mühafizəsi, tədqiqi və gələcək nəsillərə çatdırılması problemi milli və beynəlxalq qanunvericilik konteksində araşdırılmışdır.
Kitabın elmi redaktorları professor Seyfəddin Rzasoy, Ədliyyə Nazirinin eks birinci müavini, hüquqşünas Aydın Kərimov məsləhətçi İctimai Televiziyanın Yayım Şurasının üzvü, folklorşünas Sevil Yusifovadır.
Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş milli iftixarımız olan Azərbaycan əsgərlərinə itihaf edilib.




Facebook'da Paylaş