Bənzər yazılar
Vətən müharibəmizin gedişi zamanı Bərdəni vuran "Smerç"in məhv olunmuş qalıqlarını görüntüləri yayılıb.
Qeyd edək ki, Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edildikdən sonra oktyabrın 29-u saat 15.18 radələrində dəqiq atəşlə məhv edilmişdi.
Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları nəticəsində 27 nəfər ölmüş, 70 nəfərdən artıq insan yaralanmışdı.(Metbuat.az)