Türkiyədə dördtərəfli görüş keçiriləcək

12-07-2022, 16:14

Türkiyədə dördtərəfli görüş keçiriləcək

Türkiyədə dördtərəfli görüş keçiriləcək

Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə taxıl ixracı ilə bağlı vəziyyətin müzakirəsi çərşənbə günü İstanbulda keçiriləcək. Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib:
"Sabah İstanbulda Türkiyə, Rusiya Federasiyası və Ukraynanın müdafiə nazirliklərinin hərbi nümayəndə heyətləri ilə BMT nümayəndə heyəti danışıqlar aparacaq".
BMT dəfələrlə taxıl çatışmazlığı səbəbindən ərzaq böhranı təhlükəsi elan edib, Qərb və Kiyev hakimiyyəti Rusiyanı Qara dəniz limanlarını bağlamaqda günahlandırıb. Moskva bunu qəti şəkildə rədd edib və Kiyevin özünün ixrac üçün çoxlu maneələr yaratdığını bildirib.
Rusiya prezidenti Vladimir Putin isə bəyan edib ki, Moskva Ukraynadan taxıl ixracına mane olmur və əgər Ukrayna limanları minalardan azad edərsə, taxıl daşıyan gəmilər oradan problemsiz çıxa biləcək.




Facebook'da Paylaş