Pentaqon: Ukraynaya yeni yardım paketinə 72 haubitsa və 121 PUA daxildir

21-04-2022, 20:32

Pentaqon: Ukraynaya yeni yardım paketinə 72 haubitsa və 121 PUA daxildir

ABŞ-ın Ukraynaya göndərəcəyi 800 milyon dollarlıq yeni hərbi yardım paketinə daxil olan silah və texnikalar açıqlanıb.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbinin yazılı bəyanatında deyilir.

“Bu paketdəki silahlara 72 ədəd 155 mm-lik haubitsa və 144 min artilleriya mərmisi, 155 mm-lik haubitsalar üçün 72 ədəd yedək maşını, 121-dən çox “Phoenix Ghost” taktiki pilotsuz uçuş sistemi, sahə avadanlığı və ehtiyat hissələri daxildir”, - bəyanatda qeyd edilir.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yeni 800 milyon dollarlıq hərbi yardım paketini elan edib.




Facebook'da Paylaş