Tiflisdən baxış: Müharibə davam edir

29-09-2021, 21:27

Tiflisdən baxış: Müharibə davam edir

Azərbaycan öz torpaqlarını qaytarmasaydı, ərazi bütövlüyünü bərpa etməsəydi, çox qəribə olardı. Uzun illər Bakı bu günə hazırlaşırdı, ordu, dövlət təsisatları modernləşdirilirdi, xarici siyasətdə müvafiq münasibətlər qurulurdu. Demək olar ki, Qarabağın geri qaytarılması Azərbaycanın milli ideyasının tərkib hissəsinə çevrilmişdi. Bu barədə açıqlamasında tanınmış gürcü ekspert, politoloq Gela Vasadze bildirib. Onun sözlərinə görə, Bakıya əsas düzgün zaman seçmək qalırdı: pandemiya, ABŞ-da seçkilər, Breksit məsələlərinə başı qarışan Avropa və Rusiyanın Qərblə münasibətlərindəki böhran siqnal oldu. "Bu zaman Azərbaycana bir qığılcım lazım idi. Ermənistan silahlı qüvvələrinin təmas xəttində təxribatından sonra zərbə özünü çox gözlətmədi.
Amma istənilən müharibə sülh müqaviləsi ilə başa çatır. Hələ ki, belə bir müqavilə yoxdur, ona görə müharibəni bitmiş hesab etmək olmaz. Müharibənin davam etdiyi göz önündədir - həm də diplomatik və informasiya cəbhəsində.Təəccüblü deyil ki, azad edilən torpaqların vəziyyətini görənlər dəhşətə gəlir. Biz dağılmış şəhərləri, məscidləri, məhv edilmiş təbiəti çoxsaylı videolardan seyr etdik. İndi aydındır ki, bərpa prosesi gedir, Azərbaycan rəhbərliyi üçün bu, şərəf işidir".




Facebook'da Paylaş