Şəhidin ev muzeyi ziyarət olunub

24-02-2024, 17:25

Şəhidin ev muzeyi ziyarət olunub


Şəhidin ev muzeyi ziyarət olunub

Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov Bərdə rayonunun İmirli kəndində Vətən müharibəsi şəhidi Murad Musayevin ev muzeyini ziyarət ediblər.
Şəhidin ailə üzvlərilə görüşüblər. Muradın babası Məhəmməd Hənifəyevin Şəhidlə bağlı xatirələrini dinləyiblər.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgəri Murad Musayev 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan II Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Murad Musayev 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Şəhid olduğu gün nəşi doğulduğu Bərdə rayonunun İmirli kəndində dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Musayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.




Facebook'da Paylaş