Vətən müharibəsi şəhidinin xatirə bulağının açılışı olub

12-07-2022, 20:57

Vətən müharibəsi şəhidinin xatirə bulağının açılışı olub

Cəlilabad rayonunun Moranlı kəndində Vətən müharibəsi şəhidi Xalid Qasımovun doğum günündə xatirəsinə həsr olunmuş bulağın açılış mərasimi olub.

Ordum.az-ın məlumatına görə, mərasimdə rayon rəsmiləri, hərbçilər, sakinlər və şəhidin yaxınları iştirak edib.

Tədbirdə çıxış edənlər şəhidin göstərdiyi qəhrəmanlıqlardan söhbət açıblar.

Qeyd edək ki, şəhid kiçik gizir X.Qasımov 1996-cı ildə Cəlilabad rayonunun Moranlı kəndində anadan olub. Vətən müharibəsində Zəngilan döyüşləri zamanı şəhadətə yüksəlib.

Ölümündən sonra Ali Baş Komandan tərəfindən "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.




Facebook'da Paylaş