Bakıda Vətən müharibəsi şəhidinin xatirəsinə bulaq istifadəyə verilib

6-05-2022, 12:11

Bakıda Vətən müharibəsi şəhidinin xatirəsinə bulaq istifadəyə verilib

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbçisi Etibar Nəcəfovun xatirəsi əbədiləşdirilib.

Ordum.az xəbər verir ki, bu gün Səbail rayonu, Badamdar qəsəbəsində şəhidin xatirəsinə inşa edilən bulağın açılışı olub.

Mərasimdə Səbail və Laçın rayon icra hakimiyyətlərinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, bu, şəhid E.Nəcəfovun xatirəsinə inşa edilən sayca üçüncü bulaqdır. Bildirilib ki, digər iki bulaq isə şəhidin boya-başa çatdığı Ağcabədi rayonunda istifadəyə verilib.

Çıxışçılar E.Nəcəfovun döyüş meydanında göstərdiyi şücaətdən və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışıblar.




Facebook'da Paylaş