Aprel döyüşlərinin şəhid pilotlarının məzarı ziyarət olunub

2-04-2022, 11:59

Aprel döyüşlərinin şəhid pilotlarının məzarı ziyarət olunub

Dördgünlük müharibənin növbəti ildönümü münasibətilə Aprel döyüşlərinin şəhidləri İkinci Şəhidlər xiyabanında ziyarət edilib.

Ordum.az xəbər verir ki, mərasim zamanı Aprel qələbəsinin qazanılmasında böyük qəhrəmanlıq və şücaət göstərərək şəhid olan pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılovun məzarı ziyarət olunub.

Ziyarətdə Hərbi Hava Qüvvələrinin zabit heyəti, şəhidlərin hərbçi yoldaşları, ailə üzvləri və yaxınları iştirak ediblər.

Şəhid pilotların məzarları önünə əklil qoyulub və onların ruhuna dualar oxunub.





Facebook'da Paylaş