Biləsuvarda Mübariz İbrahimovun doğum günü qeyd olunub

7-02-2022, 16:59

Biləsuvarda Mübariz İbrahimovun doğum günü qeyd olunub

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olunur.

Ordum az-ın məlumatına görə, qəhrəmanın ata ocağında, Əliabad kəndində yerləşən ev muzeyi ziyarət edilir.

Ziyarətdə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak edirlər.

Milli Qəhrəmanın ev muzeyi ziyarət edilir, ailəsi ilə görüş keçirilir.

Qeyd edək ki, Milli Qəhrəmanın doğum günü ilə bağlı silsilə tədbirlər rayonun bir sıra müəssisələrində və digər idarələrdə də keçirilir




Facebook'da Paylaş